“Font Qüdrət Babayevə həsr olunur”.
Bir gün Molla kişmiş yeyirmiş. Bir dostu ona
yaxınlaşıb soruşur:
- Molla nə yeyirsən?
- Elə.
Dostu soruşur:
- Molla, necə yəni elə? Bu nə cavabdı?
- Müxtəsər deyirəm də...
- Nəyi müxtəsər deyirsən?
- Sən deyirsən: "Nə yeyirsən?". Mən deyəcəyəm:
"kişmiş". Sən deyəcəksən ki: "mənə də ver!" Mən
deyəcəyəm: "vermirəm!" Sən deyəcəksən: "niyə?"
Mən deyəcəyəm "elə!" Odu ki, indidən müxtəsər
deyirəm: elə.
Heç kimə banan verməyin ki, meymunluq etməsin.
Chingiz Adilov